Müraciət tarixi: 16/09/2020 - 30/09/2020

Vəzifə: ARXİV İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Bakı şəhərində yerləşən ofisi üçün ARXİV İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəlikləri:

“FINCA Azerbaijan” arxivinə  və arxiv  istifadəçilərinə birbaşa, ilkin xidmət göstərmək. Bundan başqa, arxiv daxilində müxtəlif köməkçi funksiyaları yerinə yetirməklə, əlaqədar xidmətlərə yardımçı olmaq.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsil;
  • MS Office proqramları üzrə biliklər (xüsusilə MS Excel) və  çapetmə bacarığı;
  • İşgüzarlıq və  aktivlik;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Əla ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi mütləq deyildir;
  • Yalnız kişi namizədlər.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 Sentyabr 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində ARXİV IŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər.