Müraciət tarixi: 27/09/2022 - 25/10/2022

İş yeri: Baş ofis

Vəzifə: Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə üzrə İşçi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Mərkəzləşdirilmiş Kredit Satışı İşçisi tərərfindən təsdiq üçün hazırlanmış sənədlər toplusunun təşkilatın daxili kreditləşmə qaydalarına müvafiqliyinin yoxlanılması;
  • Müştərilərin kredit müraciətlərinə vaxtında cavab verməsi;
  • Kredit müraciətlərini qiymətləndirərkən Mərkəzləşdirilimiş Kredit Satışı heyəti ilə sıx əməkdaşlıq etməsi;
  • Kredit müraciətini qiymətləndirərkən qurumun qaydalarına hörmət və riayət etməsi;
  • Kredit üçün müraciət etmiş şəxslərə kredit verilməzdən əvvəl maliyyə məlumatlarını və risklərini qiymətləndirilməsi;
  • Ümumi kredit prosesinin yaxşılaşdırılması üçün digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.

 Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə ixtisasa üstünlük verilir;
  • Uyğun sahə üzrə iş təcrübəsi;
  • Biznes fəaliyyətlərinin gəlirlilik əmsalları haqda mövcud zamana uyğun məlumatlı olması;
  • Biznes gəlirlərinin müxtəlif üsullarla yoxlama qabiliyyəti;
  • Kredit risklərininin qiymətləndirmə bacarığı;

Bacarıqlar:

  • Ünsiyyət bacarıqları (əla səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik Düşüncə bacarığı
  • Yenilikçi, Dəyişikliklərə uyğunlaşma bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Digər Bilik və Bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, Rus dilini bilmək üstünlükdür
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  24 Oktyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.