Müraciət tarixi: 19/07/2022 - 29/07/2022
İş yeri: Yevlax
Vəzifə: Xadimə
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Yevlax Filialı üçün Xadimə vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- FINCA mülkiyyətinin qayğısına qalmaq
- Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi
- Mebel və avadanlıqların tozunun alınması, döşəmənin süpürülüb-silinməsi, qapı və pəncərələrin silinməsi və s.
- İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək
- Aidiyyatı mrəhbərlik tərəfindən verilmiş təmizlik işlərinə aid digər tapşırıqları yerinə yetirmək
Namizəddən gözləntilərimiz
- Qeyd olunan vəzifədə ən azı 1 illik iş təcrübəsi
- Dürüstlük, təmizkarlıq, ciddilik və məsuliyyətlilik
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı
- Gigiyena qaydalarından xəbərdar olmaq
- Dil Bilikləri: Azərbaycan dili – səlis
Seçimlərdə növbəti addımlar
Aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 28 İyul, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.