Müraciət tarixi: 16/08/2021 - 31/08/2021

İş yeri: Baş ofis

Vəzifə: İDARƏ HEYƏTİNİN KÖMƏKÇİSİ

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  İDARƏ HEYƏTİNİN KÖMƏKÇİSİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

XÜLASƏ

İdarə Heyətinin Köməkçisi (IHK), yeni siyasət və prosedurların planlaşdırılması, hesabat verilməsi və həyata keçirilməsi və mövcud olanların ümumiləşdirilməsi mövzusunda “FINCA Azerbaijan”ın Baş İcraçı Rəhbəri (BİR) və digər İdarə Heyətinin üzvləri ilə birlikdə işləyir. Bundan əlavə, IHK, lazım gələrsə, BİR-ə digər gündəlik işlərin yerinə yetirilməsində kömək edir. İHK bütün şöbələr və bölgələrlə işləyir. “FINCA Azerbaijan”ın İdarə Heyətinin iclaslarında iştirak edir və həmin iclasların protokollarını hazırlayır və saxlayır. İHK, şirkətin sənədlərinin şifahi və yazılı tərcüməsini həyata keçirir. İHK, bütün sahələrdə idarə heyətinin üzvlərinə sənədlərin rəsmi qeydiyyatı, konfransların hazırlanması və digər əsas tədbirlərdə kömək edir.

 ƏSAS ÖHDƏLİKLƏR

  • İH üzvlərinin gündəlik və uzunmüddətli fəaliyyətlərinin planlaşdırılması
  • “FINCA Azerbaijan”ın İdarə Heyəti üzvlərinin yazılı və/və ya şifahi tələbi ilə hesabatların hazırlanması.
  • İH üzvlərinin yazılı və ya şifahi tələbinə əsasən, azərbaycan dilindən ingilis dilinə və əksinə şifahi və/və ya yazılı tərcümənin edilməsi (siyasət təlimatları, prosedurlar və/və ya təlim materialları kimi texniki materiallar istisna olmaqla). Texniki tərcümə təcili halda IHK–nə yönləndirilə bilər
  • “FINCA Azerbaijan”ın İdarə Heyətinin üzvləri tərəfindən verilən yazılı və/və ya şifahi tələblərini yerinə yetirmək;
  • Həvalə edilmiş vəzifələrin və komissiyaların icra vəziyyəti, son tarixlərin pozulması barədə lazımi məlumatların verilməsi; “FINCA Azerbaijan”ın İdarə Heyəti üzvləri tərəfindən verilən təlimat və əmrləri yerinə yetirmək;
  • Məxfiliyin qorunması;
  • İH üzvləri tərəfindən verilən digər yazılı və/və ya şifahi tapşırıqların icrası.

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahədə 3 illik təcrübə
  • Biznes və ya əlaqəli təhsil sahəsində bakalavr dərəcəsi
  • Azərbaycan və ingilis dillərində səlis danışmaq tələb olunur
  • Əla şifahi, yazılı və təqdimat bacarıqları.
  • Həm müstəqil, həm də komandanın bir hissəsi olaraq səmərəli işləmək bacarığı.
  • Müxtəlif tapşırıqlar üçün kompüterlərdən istifadə təcrübəsi.
  • Word, Excel və Outlook daxil olmaqla Microsoft tətbiqlərində səriştəlik
  • Sənədləşmənin idarə edilməsi, transkripsiya və digər inzibati prosedurlarla işləmək bacarığı
  • Hər hansı bir Layihə İdarəedilməsi alətindən istifadə bacarığı üstünlükdür
  • Qısa müddətlərdə işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 avqust 2021ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İdarə Heyətinin Köməkçisi qeyd etməklə göndərə bilərsiniz.

 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.