Hörmətli xanım / bəy,

“FINCA Azerbaijan”, aşağı gəlirli şəxslər və icmalar üçün gələcəyə sərmayə yatırmağa imkanlar yaradaraq sosial məsuliyyətli maliyyə xidmətləri ilə təmin edən 20 mikromaliyyə institutu və bank şəbəkəsinə malik FINCA Mikromaliyyə Holdinq Şirkətinin bir hissəsidir. Azərbaycan əhalisinə  1998-ci ildən xidmət göstərən “FINCA Azerbaijan”  müştəri sayına və xidmət sahəsinə görə Azərbaycan mikro-maliyyə bazarında əhəmiyyətli mövqeyə sahibdir.

Təşkilat Soyuducu alışının  tenderini elan edir. Bu məktuba əlavə edilmiş sənədlərdə avadanlıqların və xidmətlərin siyahısı ilə tanış ola bilərsiniz.

 Tələb olunan sənədlər:

  • tender təklifi (tender zərflərinin açıldığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  • firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.)
  • əməkdaşlıq etdiyiniz şirkətlərin rəy məktubları
  • məhsulun və ya xidmətin təhvil verilmə müddəti
  • Ödəniş şərtləri barədə məlumat.
  • Təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumat

Qiymət təklifinizi   30 iyun  2022-ci il, saat 17:30 a kimi “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında inzibati şöbəyə Hətəm Bağırlıya təqdim edin. Göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Tenderdə  qalib olan təchizatçı firma 11 iyul 2022 ci il tarixinə qədər “FINCA Azerbaijan” tərəfindən müəyyənləşdirilib elan olunacaqdır

Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa 012 596 3384 (142)  /055 251 70 21  nömrələri vasitəsi ilə Hətəm Bağırlıdan ətraflı məlumat ala bilərsiniz.

Qoşma 1