Hörmətli xanım / bəy

“FINCA Azerbaijan”,  aşağı gəlirli şəxslər və icmalar üçün gələcəyə sərmayə yatırmağa imkanlar yaradaraq sosial məsuliyyətli maliyyə xidmətləri ilə təmin edən 20 mikromaliyyə institutu və bank şəbəkəsinə malik FINCA Mikromaliyyə Holdinq Şirkətinin bir hissəsidir. Azərbaycan əhalisinə  1998-ci ildən xidmət göstərən “FINCA Azerbaijan”  müştəri sayına və xidmət sahəsinə görə Azərbaycan mikro-maliyyə bazarında əhəmiyyətli mövqeyə sahibdir.

Təşkilat Server avadanlıqlarının və xidmətlərinin, proqram təminatının alışının  tenderini elan edir. Bu məktuba əlavə edilmiş sənədlərdə avadanlıqların və xidmətlərin siyahısı ilə tanış ola bilərsiniz.

Qiymət təklifinizi 21 yanvar  2021-ci il, saat 17 :30 a kimi “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında inzibati şöbənin rəhbəri Elçin Babayevə təqdim etməyiniz xahiş olunur. (təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumatı da qeyd edin). Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansi müddətdə təmin olunacağı, firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) və əməkdaşlıq etdiyiniz şirkətlərin rəy məktublarının təqdim olunması tələb olunur.

Tenderdə  qalib olan təchizatçı firma 08 fevral 2020 ci il tarixinə qədər “FINCA Azerbaijan” tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.

Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa 012 596 3384 və ya  055 455 26 10 nömrələri vasitəsi ilə  Elçin Babayevdən  ətraflı məlumat ala bilərsiniz.

CIRP Procurement Anouncement Network 2021

CIRP Procurement Anouncement Servers 2021

FAZ CIRP brief for RFP