Hörmətli xanım / bəy,

FINCA Azerbaijan məsuliyyətli bankçılıq sahəsində liderdir və gəlirli biznes fəaliyyətini təşviq etmək üçün bütün ölkə üzrə kiçik biznesə kredit məhsulları ilə xidmət göstərir.1998-ci ildə fəaliyyətə başlayan FINCA Azerbaijan QBKT beş qitədə 2,8 milyondan çox müştərini əhatə edən FINCA Impact Finance-in 18 bank və mikromaliyyə təşkilatından ibarət qlobal şəbəkəsinin bir hissəsidir. FİNCA Azerbaijan QBKT-nin fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün https://finca.az/ saytına daxil ola və ya rəsmi sosial media hesablarını izləyə bilərsiniz.

FINCA Azerbaijanın kredit fəaliyyətini Bakı şəhərində yerləşən Baş Ofis və Azərbaycanın şəhər və rayonlarında yerləşən 25 filialı həyata keçirir. Peşəkar işçi heyəti ilə “FINCA Azerbaijan” ölkənin aparıcı maliyyə qurumlarından biridir.

Təşkilat Baş ofis və digər ofislərdə istifadə olunacaq Şəbəkə avadanlıqlarının satın alınması üçün tender elan edir. Bu məktuba əlavə edilən tender təklifi sənədində satın alınacaq məhsulların texniki parametrləri, nümunələri və digər məlumatlar, o cümlədən göndəriləcək təklifin tələb olunan şablonu təqdim edilir.

Tenderdə iştirak üçün tələb olunan sənədlər:

  • Tender təklifi (tender zərfləri açıldıqdan sonra ən azı 30 iş günü müddətində qüvvədə olmalıdır)
  • Şirkətin hüquqi sənədlərinin surətləri (vergi şəhadətnaməsi, nizamnamə, reyestrdən çıxarış və s.)
  • Əməkdaşlıq etdiyiniz şirkətlərin adları və tövsiyyə məktubları
  • Malların və xidmətlərin mövcudluq durumu  və çatdırılma tarixi
  • Ödəniş şərtləri haqqında məlumat
  • Mal və xidmətin qiymətləri və şirkətin vergi ödəyici növünü göstərərək bütün vergilər daxil olmaqla ümumi xərc
  • Zəmanət şərtləri və etibarlılıq müddəti

Qiymət təklifinizi   17 yanvar 2024-cü il, saat 17:30 a kimi “FINCA Azerbaijan QBKT” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanına qapalı və möhürlü zərfdə, “Məxfi: Tender sənədi”, “Satın alınacaq məhsul və ya xidmətin adı” qeyd edilməklə təqdim etməyiniz xahiş olunur. Göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Sizdən xahiş olunur ki, göndərilmiş zərfin poçt/kuryer izləmə qəbzinin scan edilmiş surətini tenders@fincaazerbaijan.com ünvanına yuxarıda qeyd olunmuş tarixə qədər göndərəsiniz (zərf fiziki olaraq sizin tərəfinizdən çatdırılıbsa, təhvil-təslim aktının scan edilmiş surətini mail ilə göndərmək tələb olunur)

Qalib təchizatçı 31 yanvar 2024-cü ilə qədər “FINCA Azerbaijan” QBKT -nin Tender Komitəsi tərəfindən müəyyən edilərək elan ediləcək. Qalib elan edildikdən sonra istənilən satınalma əməliyyatı “FINCA Azerbaijan” təlimatlarına uyğun olaraq həyata keçiriləcək.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa hatam.bagirli@fincaazerbaijan.com  email ünvanı və  aşağıda qeyd edilən telefonlar vasitəsilə ətraflı məlumat ala bilərsiniz.

Ofis telefonu : +99412 596 33 84 (142)                    Mobil Telefon: +99455 251 70 21

Qeyd: Təkliflər Əlavədə göstərilən formatda təqdim edilməlidir. Əlavə olaraq ümumi qiymət siyahısını təqdim etməyiniz xahiş olunur.

Hörmətlə,

FINCA AZERBAIJAN QBKT

Əlavə 1