“FINCA Azerbaijan”
Qrafik dizayner xidməti təklif edə bilən şəxsləri əməkdaşlığa dəvət edir.
Uyğun olacaq şəxsə “FINCA Azerbaijan” tərəfindən qrafik dizayner xidmətləri sifariş olunacaqdır. Şərtlər hər iki tərəfin imzaladığı müqavilə və qiymət razılaşma protokolu ilə tənzimlənəcəkdir. Maraqlı olan şəxslərdən, aşağıdakı məlumatları 10 Mart tarixinə qədər hatam.bagirli@fincaazerbaijan.com email ünvanına göndərmələri xahiş olunur.
- Şəxsiyyət vəsiqəsi, Vöen, elektron qaimə, bank hesabı
- Xidmətlər siyahısı və qiymətləri
- Xidmətlərin hazır edilmə müddətləri
- Təqdim olunacaq xidmətlər üzrə nümunələr
Elanla bağlı hər hansı sual olduqda, Hətəm Bağırlıya müraciət etməkdən çəkinməyin. Tel: 055 251 70 21
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.