Hörmətli xanım / bəy,

FINCA Azerbaijan məsuliyyətli bankçılıq sahəsində liderdir və gəlirli biznes fəaliyyətini təşviq etmək üçün bütün ölkə üzrə kiçik biznesə kredit məhsulları ilə xidmət göstərir.1998-ci ildə fəaliyyətə başlayan FINCA Azerbaijan beş qitədə 2,8 milyondan çox müştərini əhatə edən FINCA Impact Finance-in 18 bank və mikromaliyyə təşkilatından ibarət qlobal şəbəkəsinin bir hissəsidir. FİNCA Azerbaijanın fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün https://finca.az/ saytına daxil ola  və ya  rəsmi sosial media hesablarını izləyə bilərsiniz.

FİNCA Azerbaijanın kredit fəaliyyətini Bakı şəhərində yerləşən Baş Ofis və Azərbaycanın şəhər və rayonlarında yerləşən 25 filialı həyata keçirir.Peşəkar işçi heyəti ilə “FINCA Azerbaijan” ölkənin aparıcı maliyyə qurumlarından biridir.

Təşkilat Baş ofis və digər ofislərdə istifadə olunacaq Profil sms satın alınması üçün tender elan edir. Satın alınacaq məhsulların texniki parametrləri, nümunələri və digər məlumatlar, o cümlədən göndəriləcək təklifin tələb olunan şablonu barədə məlumatları məktubda qeyd edilən e-mail ünvanı və telefon nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Tender təklifi zamanı qiymətlə bərabər aşağıda qeyd edilən sənədlərin təqdim edilməsi mütləqdir.

Tələb olunan sənədlər:

  • Tender təklifi (tender zərflərinin açıldığı tarixdən sonra azı 30 (otuz) bank iş günü qüvvədə olmalıdır;
  • Şirkətin hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.)
  • Əməkdaşlıq etdiyiniz şirkətlərin rəy məktubları
  • Məhsulun və ya xidmətin təhvil verilmə müddəti
  • Ödəniş şərtləri barədə məlumat.
  • Təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumat
  • Provayderlərdən(Bakcell, Azercell, Nar) rəsmi tərəfdaşı olmağınız barədə rəsmi məktub.

Qiymət təklifinizi   15 fevral  2023-ci il, saat 17 :30 a kimi “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanına qapalı zərfdə “Məxfi: tender sənədi”, “Satınalma  edilən məhsulun və xidmətin adı” qeyd edilməklə təqdim etməyiniz xahiş olunur. Göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Tenderdə  qalib olan təchizatçı firma  28 fevral 2023 ci il tarixinə qədər “FINCA Azerbaijan” -nın tender komitəsi tərəfindən müəyyənləşdirilib elan olunacaqdır

Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa hatam.bagirli@fincaazerbaijan.com  email ünvanı və  aşağıda qeyd edilən telefon nömrələri vasitəsi ilə ətraflı məlumat ala bilərsiniz.

Ofis telefonu: : +99412 596 33 84 (142)  Mobil telefon: +99455 251 70 21

Məsul şəxs: Hətəm Bağırlı