Hörmətli xanım/bəy,

“FINCA Azerbaijan”,  aşağı gəlirli şəxslər və icmalar üçün gələcəyə sərmayə yatırmağa imkanlar yaradaraq sosial məsuliyyətli maliyyə xidmətləri ilə təmin edən 20 mikromaliyyə institutu və bank şəbəkəsinə malik FINCA Mikromaliyyə Holdinq Şirkətinin bir hissəsidir. Azərbaycan əhalisinə  1998-ci ildən xidmət göstərən “FINCA Azerbaijan”  müştəri sayına və xidmət sahəsinə görə Azərbaycan mikro-maliyyə bazarında əhəmiyyətli mövqeyə sahibdir.

Təşkilatın Fortinet şəbəkə avadanlıqlarının alışı üzrə tender elan edir. Bu məktuba əlavə edilmiş sənəddə  saylar və siyahı ilə tanış ola bilərsiniz.

Qiymət təklifinizi   20 Yanvar  2022-ci il, saat 17 :30 a kimi “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında inzibati şöbəyə Hətəm Bağırlıya təqdim edin (təklifinizdəki qiymətlərdə hazırlanma müddəti,ödəniş şərtləri, verginin hesablanması, hansı növ vergi ödəyicisi olduğunuz barədə və ya qeyd edilən sifarişləri yerinə yetirdikdən sonra güzəştli vergi ödəyicisindən ədv-yə keçiləcəksə bu  məlumatı da qeyd edin). Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansi müddətdə təmin olunacağı, firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) və əməkdaşlıq etdiyiniz şirkətlərin rəy məktublarının təqdim olunması tələb olunur(rəy məktubu,qiymət təklifi və müqavilədə adı keçən şirkət eyni vöen sahibi olmalıdır).

Tenderdə  qalib olan təchizatçı firma 1 fevral 2021 ci il tarixinə qədər “FINCA Azerbaijan” tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.

Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa

012 596 3384  /055 251 70 21   nömrələri vasitəsi ilə Hətəm Bağırlıdan ətraflı məlumat ala bilərsiniz.

CIRP Procurement Anouncement Network 2022 (Fortinet) 6 Months